"Azərişıq" ASC-nin sədri Naftalanda vətəndaşları qəbul edəcək - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

"Azərişıq" ASC-nin sədri Naftalanda vətəndaşları qəbul edəcək

Cəmiyyət A- A A+

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov iyulun 6-sı saat 10:00-da Naftalan şəhərində Naftalan, Goranboy və Xocalı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Ednews xəbər verir ki, qəbul Naftalan şəhəri, H.Əliyev prospekti 73 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.

Qəbulda iştirak etmək istəyən şəxslər Naftalan Elektrik Şəbəkəsinə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Vətəndaşların diqqətinə çatıdırırıq ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...