Vəzifəli şəxsləri şantaj edən sayt rəhbəri SAXLANILDI - RƏSMİ - ednews.net

8 Avqust, Bazar ertəsi

(+994 50) 229-39-11

Vəzifəli şəxsləri şantaj edən sayt rəhbəri SAXLANILDI - RƏSMİ

Cəmiyyət A- A A+
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində “Demokratik.az” saytının baş redaktoru, Göygöl şəhər sakini Osman Rzayev tutulub.  
 
Bu barədə Ednews-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 
 
Bildirilir ki, cari ilin iyun ayı ərzində o, Rayon Mərkəzi Xəstəxanasının direktoru V.Əliyevə, xəstəxananın şöbə müdiri Ə.Alıyevə, həkimi R.Əkbərova və Goranboy rayon Suvarma Sistemləri İdarəsinin müdiri İ.Məhərrəmova barələrində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gəlib müxtəlif məbləğlərdə pul tələb etməkdə şübhəli bilinir.
 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci  maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb. 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...