Xalq artisti Röya Ayxan qardaşının toyuna geyindiyi libası ilə yenidən gündəmi zəbt etməyi bacarıb.
Ednews xəbər verir ki, Bakıda restoranların birində baş tutan məclisdə geyindiyi uzun, üzəri daş-qaşlarla bəzədilmiş, dərin sinə dekolteli libasının "Givenchy" markasının oxşarı olduğu üzə çıxıb. Yayılan məlumatlara görə, Röyanın sözügedən libasının qiyməti 125 min manata yaxındır.
Müğənninin libası model Kendal Cennerin aylar əvvəl qırmızı xalıya geyindiyi geyimin eynisi olub. O, geyimini yerli atelyelərin birində hazırladıb.
Ləman Abbaslı