Fövqəladə Hallar Nazirliyinin (FHN) “qaynar xətt”inə daxil olan məlumata əsasən, Gəncə şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Ednews xəbər verir ki, hadisə yerinə cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.
Orada aşkarlanan 1965-ci il təvəllüdlü Kərimov Arif Hidayət oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.