Kəlmeyi-şəhadətini oxutdurub, hamama salıb doğrayıb... Nahidənin dəhşətli qətli barədə

Cəmiyyət 16:53 12.07.2022

Bu ilin yanvar ayında Bakı şəhəri, Xətai rayonunda 1991-ci il təvəllüdlü Nahidə Həsənovanın amansızlıqla qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Ednews "Qafqazinfo"ya istinadən bildirir ki, daha əvvəl "Lider" televiziyasında çalışan N.Həsənovanı amansızlıqla qətlə yetirərək bədənini hissələrə ayırmış həyat yoldaşı, 1987-ci il təvəllüdlü Orxan Alıyevə 20 il müddətinə həbs cəzası verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə O.Alıyev Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkətlər etmə) maddələri ilə təqsirləndirilib. Məhkəmə prosesi iyulun 3-də başa çatıb.

Prosesdə məlum olub ki, Nahidə həyat yoldaşı Orxanla dayıoğlu-bibiqızı olub. Lakin o, ailədə mütəmadi şiddət görüb və qətlə yetirilməzdən bir neçə gün əvvəl Nahidə Bakıdan Füzuliyə anasıgilin yanına gedibmiş. Lakin Orxan daha sonra - yanvarın 3-də Nahidənin ardınca Füzuliyə gedərək israrla onun geri qayıtmasını istəyib. 1 gün Füzulidə qayınanasıgilin evində qalan Orxan Nahidəni razı salaraq Bakıya gətirib. Elə həmin gün o, Xətai rayonu, General Şıxlınski küçəsindəki evdə Nahidəni xüsusi amansızlıqla qətlə yetirib.

Məhkəmədə ifadə verən Orxan Alıyev Nahidəni qətlə yetirməzdən əvvəl ona məcburi şəkildə kəlmeyi-şəhadətini oxutdurduğunu bildirib: "Nahidə ilə 2017-ci ildə ailə həyatı qurmuşduq, o mənim bibim qızı idi. Nahidə, anam və azyaşlı qızım eyni evdə yaşayırdıq. Ailə qurandan sonra onun məni aldatmasından şübhələnməyə başlamışdım, mobil telefonu vasitəsilə izlətdirirdim.

Lakin Nahidənin kiminləsə danışmasını və ya mesajlaşmasını görməmişəm. Bununla bağlı tez-tez mübahisəmiz olurdu. Sonuncu dəfə 05 dekabr 2021-ci il tarixdə Nahidə ilə yenə dalaşdıq, uşağı götürüb Füzuliyə atası və anasının yaşadığı evə getdi. 3 yanvar 2022-ci il tarixdə Nahidəni və uşağını geri gətirmək üçün yola düşdüm. Həmin gün onları Bakıya gətirmək istəsəm də, qayınatamgil buna imkan vermədi. Gecəni orada qalıb Nahidəni Bakıya getməyə razı saldım, yanvarın 4-də səhər saat 07 radələrində yoldaşımı və uşağı Füzuli rayonundan götürüb taksi iləBakı gətirdim, saat 12 radələrində Xətai rayonunda yerləşən mənzilə çatdıq. Bir qədər keçdikdən sonra anama uşağı da götürüb bacımgilə getməsini, Nahidə ilə söhbət etmək istədiyimi bildirdim. Anam uşaqla birgə gedəndən sonra Nahidə ilə mənzildə tək qaldıq, evin giriş qapısını içəridən bağladım ki, evə heç kim girməsin. Nahidədən mənə kiminlə xəyanət etdiyini soruşdum. O isə xəyanət etmədiyini bildirdi. Buna görə çox əsəbi vəziyyətdə danışırdım. Nahidə xəyanət etmədiyinə and içirdi".

Təqsirləndirilən şəxs bildirib ki, bundan sonra əvvəlcədən planlaşdırdığı qətli törədib: "Nahidənin saçından tutub sürüyə-sürüyə mətbəxə, oradan isə hamam otağına apardım. Orada Nahidəyə: "Sənin başını da, əllərini də kəsəcəyəm, kəlmeyi-şəhadətini de səni öldürəcəyəm",- sözlərini deyərək, israrla ona kəlmeyi-şəhadətini deməyə məcbur etdim və mətbəxdən götürdüyüm bıçaqla Nahidənin başını bir qədər kəsdim".

Bundan sonra həyat yoldaşının ölümünə əmin olan Orxan geri qayıdaraq onun başını bədənindən tamamilə ayırıb, həmçinin qollarını və digər orqanlarını kəsib bədənindən ayıraraq vannaya yığıb: "Nahidənin başı kəsilmiş meyitini çılpaq vəziyyətdə hamam otağında olan vannanın içinə uzatdım. Orada onun sağ qolunu bıçaqla çiyin nahiyəsindən kəsib bədənindən ayırdım. Meyitin sol qol nahiyəsini çiyin hissədən bıçaqla kəsməyə başlayanda qapı döyüldü. Qapının gözlüyündən baxanda anamla bacımın gəldiyini gördüm. Onlara getmələrini bildirdim, çünki onların bu vəziyyətdə olan meyit görməsini istəmirdim və yeznəmin gəlməsini bildirdim".

Məhkəmədə mərhum Nahidə Həsənovanın valideynləri onun Füzulidən Orxanla birgə getməyini istəmədiklərini, lakin Nahidənin özünün razılığı ilə Bakıya yola düşdüyünü deyiblər.

Həmçinin Orxanın yaxınları onun son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkdiyini bildiriblər.

Qeyd edək ki, araşdırmalar zamanı Orxan Alıyevin mütəmadi olaraq narkotik vasitələrdən istifadə etməsi də məlum olub.  

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
23:00 12.05.2024
Quba və Xaçmaza dolu yağır
Quba və Xaçmaza dolu yağır
22:40 12.05.2024
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
22:20 12.05.2024
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
22:00 12.05.2024
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
21:40 12.05.2024
Nigerlə Benin arasında neft qalmaqalı yaşanır
21:20 12.05.2024
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
21:00 12.05.2024
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
20:45 12.05.2024
Şuşada 23 rəssamın əsərləri nümayiş olunur
20:30 12.05.2024
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
20:20 12.05.2024
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
20:00 12.05.2024
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə uduzub
19:40 12.05.2024
Gürcüstan Prezidenti Tbilisidə etiraz iştrakçilarını diqqətli olmağa çağırıb
19:20 12.05.2024
NASA Marsa 2 ayda gedə biləcək raket hazılayır
19:00 12.05.2024
ATƏT sədrinin Cənubi Qafqaza səfərinin vaxtı məlum olub
18:40 12.05.2024
XİN Braziliyaya başsağlığı ünvanlayıb - FOTO
18:20 12.05.2024
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
18:00 12.05.2024
İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 28 nəfər ölüb
17:40 12.05.2024
Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək
17:20 12.05.2024
Sahibə Qafarova Özbəkistanda Asiya Qadın Forumunda iştirak edəcək
17:00 12.05.2024
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
16:40 12.05.2024
Rusiyanın bu ölkədəki səfiri öldü
16:20 12.05.2024
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
16:07 12.05.2024
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
16:00 12.05.2024
Gürcü bloqer Uça Abaşidze və xanımı həbs edilib
15:40 12.05.2024
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
15:20 12.05.2024
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
13:20 12.05.2024
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
13:00 12.05.2024
Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir
12:40 12.05.2024
Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Hamısı