Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.
Ednews xəbər verir ki, bu gün Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Astara” sularda xilasetmə məntəqəsinin ərazisində və 3 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.
FHN əhaliyə bir daha qadağan olunmuş ərazilərdə çimməməyi bildirib.