Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini intihar edib.
Ednews xəbər verir ki, hadisə ötən gün səhər saatlarında Astara rayonu Rüdəkənar kəndində qeydə alınıb.
Orada kirayədə yaşayan, 1986-cı il təvəllüdlü Cahangirli Əli Nəcəfalı oğlu özünü asaraq öldürüb.
Qeyd edək ki, Əli Nəcəfalı əslən Naxçıvan Muxtar Respublikasının Nehrəm kəndindəndir.
Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır.