Tərtərdə dəhşətli QƏTL - Qardaş bacısını bıçaqladı - ednews.net

8 Avqust, Bazar ertəsi

(+994 50) 229-39-11

Tərtərdə dəhşətli QƏTL - Qardaş bacısını bıçaqladı

Cəmiyyət A- A A+
İyulun 14-ü saat 13 radələrində Tərtər-Şıxarx yolunun kənarında 1982-ci il təvəllüdlü Leyla Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 
 
Ednews Tərtər rayon Prokurorluğuna istinadən xəbər verir ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Aqil Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Leyla Mustafayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
 
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 
 
Aqil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 
 
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...