Jurnalist Mais Məmmədov dəfn olunub.
Ednews APA.az-a istinadən xəbər verir ki, dəfn mərasimi Yasamal qəbiristanlığında baş tutub.
Xatırladaq ki, ağır mədəaltı vəzi xəstəliyindən əziyyət çəkən 84 yaşlı jurnalist xəstəxanada müalicə alırdı.
Qeyd edək ki, Mais Məmmədov 12 iyul 1938-ci ildə Bakıda doğulub. M.Məmmədov SSRİ dövründə uzun müddət Mərkəzi televiziyanın - ORT-nin Azərbaycandakı müxbiri işləyib. O, 2007-ci ildən 2016-cı ilədək ANS-də baş müşavir vəzifəsində çalışıb.