Sabahdan etibarən Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar geri dönəcək.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) yayıb.
Mənbə qeyd edir ki, iyulun 19-u və 20-i iki reys olmaqla, zəvvarların geri dönüşü təşkil olunacaq:
“İlk reys sabah Bakı vaxtı ilə 09:30-da Mədinə Beynəlxalq Hava Limanından yola düşəcək və 12:50-də Heydər Əliyev Beynəlxalq Hava Limanına çatacaq. Sabah ikinci reys isə Bakı vaxtı ilə 19:30-da yola düşəcək və 22:50-də çatacaq. Sabah hər iki reysdə 180 nəfər olmaqla, ümumilikdə 360 zəvvar geri dönəcək. İyulun 20-də də təyyarələr eyni saatda yola düşəcək. İlk reysdə 180, ikinci reysdə isə 130 zəvvar geri dönəcək”.