Daha 200 nəfər Zəngilanın Ağalı kəndinə yola salındı - ednews.net

17 Avqust, Çərşənbə

(+994 50) 229-39-11

Daha 200 nəfər Zəngilanın Ağalı kəndinə yola salındı

Cəmiyyət A- A A+
Bu gün daha 10 ailə, təxminən 200 nəfər Zəngilanın Ağalı kəndinə yola salınıb.
 
Ednews xəbər verir ki, Zəngilandan olan məcburi köçkünlərin Masazırda məskunlaşdıqları şəhərcikdən yola düşüblər.
 
Səhər saatlarında Zəngilan Rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşan sakinlər sevinc göz yaşı içində bir-birini təbrik edib, qucaqlaşaraq vidalaşıblar.
 
Zəngilan rayonu icra hakimiyyətinin başçısı Ramiz Həsənov bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib.
 
Zəngilanlılar, ağalılılar qarşısında çıxış edən R.Həsənov bildirib ki, Prezident, Ali Baş komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Vətən Müharibəsində qələbə qazanıb.
 
O, bu zəfəri bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əydiyini bildirib, qazilərə can sağlığı diləyib. Report.az-ın məlumatına görə, proses 4 mərhələdən ibarətdir. 
 
Növbəti mərhələdə daha 11 ailə yola salınacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...