Bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 9 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
Bu barədə Ednews-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bildirilib ki, üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunur və müsabiqəyə buraxılmırlar.
Qeyd edək ki, bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.