Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qapalı iclası keçirilib.
Ednews xəbər verir ki, iclasda AMEA-nın prezidenti vəzifəsini icra edən Arif Həşimov, Rəyasət Heyətinin üzvləri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edib.
Trend.az-ın məlumatına görə, iclasda Prezident İlham Əliyevin iyulun 28-də imzaladığı elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmandan irəli gələn məsələlər müzakirə olunub.