QMİ-də Aşura ilə bağlı tapşırıqlar verildi

Cəmiyyət 17:31 29.07.2022
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) iyulun 29-da Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib. 
 
QMİ-nin mətbuat xidmətindən Ednews-a verilən xəbərə görə, sədr Şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının üzvləri, səlahiyyətli nümayəndələri və imamlarına Məhərrəm ayı ilə bağlı tövsiyə və tapşırıqlarını bildirib. 
 
Şeyxülislam A. Paşazadə Əhli-Beytə ehtiram nümunəsi olan bu ayın Vətən müharibəsi şəhidlərimizin anılması üçün müqəddəs məqam olduğunu qeyd edib, İmam Hüseyn şəhidlik məktəbinin yaşadığının göstəricisi olduğunu ifadə edib.
 
Qarabağ Zəfərinin müəllifinin müzəffər Azərbaycan Prezidenti, onun müdrikliklə irəli apardığı Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu olduğunu vurğulayan Şeyxülislam A. Paşazadə Vətən müharibəsində qələbəmizin əsas qüvvətverici amillərinin dövlət-xalq birliyi, dövlət rəhbərinin ətrafında sıx birləşmək, cəmiyyətimiz daxilində milli və dini birlik olduğuna diqqəti çəkib.
 
QMİ sədri bu dəyərlərin qorunmasının gələcək zəfərlərə doğru addımlamağımız üçün önəmli olduğunu bildirərək din xadimlərinin üzərinə düşən mənəvi vəzifələri xüsusi xatırladıb. 
 
Dövlət-din münasibətlərinin yüksək səviyyəsinin təməlini qoyan Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərə hər zaman diqqət və qayğı ilə yanaşdığını bildirən Şeyxülislam A. Paşazadə ümummilli liderin 1994-cü il 20 iyunda Aşura mərasimi zamanı Təzəpir məscidinə gələrək dindarlar qarşısında söylədiyi tarixi nitqindən iqtibası iclas iştirakçılarına oxuyub.
 
Azərbaycan müsəlmanları üçün İmam Hüseyn əleyhissəlamın kəsb etdiyi önəmi ulu öndər o zaman belə ifadə etmişdi:
 
«Müsəlman aləmində faciəli, müqəddəs bir günün əziz xatirəsi qeyd olunur - bu gün Həzrəti Məhəmməd peyğəmbərin nəvəsi Həzrəti imam Hüseynin qətlə yetirildiyi gündür. Biz ulu babalarımızın Vətən, torpaq, haqq, ədalət yolunda şəhid olduğu günü yad edirik. Bu münasibətlə mən bütün Azərbaycan müsəlmanlarına dərin hüznlə başsağlığı verirəm. Bütün müsəlmanlar, o cümlədən biz azərbaycanlılar həmin faciəli günü hər il yada salmaqla Vətənə, torpağa, dinimizə, məsləkimizə sədaqətimizi bir daha nümayiş etdiririk.
 
Biz bundan sonra da Quranı-şərifin, Həzrəti Məhəmməd peyğəmbərin qoyduğu yol ilə gedəcək və haqq-ədalət, torpaq, Vətən yolunda şəhid olmuş Həzrəti imam Hüseynin və onun bütün silahdaşlarının qəhrəmanlığını, şəhidliyini heç vaxt unutmayacağıq». Şeyxülislam A. Paşazadə Ulu Öndər Heydər Əliyevin başlatdığı ali mənəviyyat yolunun bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam və inkişaf etməsini qürurla vurğulayıb. 
 
Daha sonra Şeyxülislam A. Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin dinlərarası dialoq və əməkdaşlıq müstəvisində xalqımız və dövlətimizin maraq və mənafelərinə xidmət etmək üçün həyata keçirdiyi görüş və tədbirlər barədə din xadimlərinə məlumat verib.
 
Bildirib ki, bu il ərzində Vatikan, Böyük Britaniya, Avstriya, Fransa, BƏƏ, Səudiyyə Ərəbistanı və başqa ölkələrdə iştirak etdiyi görüş və beynəlxalq tədbirlərdə qalib Azərbaycan dövlətinin təmsilçisi olaraq keçirdiyi qürur dövlətimizin, ələlxüsus, dövlət rəhbərimizin müdrik siyasətinin bəhrəsidir. Dünyada ölkəmizə olan etimad və ehtiramın mənbəyi Azərbaycan dövlətçiliyinin uğur və qələbələridir.
 
Dünya Müsəlman Ağsaqqalları Şurasının üzvü seçilməsini də bu qəbildən dəyərləndirən Şeyxülislam A. Paşazadə təmsil olunduğu bütün beynəlxalq xitabət kürsülərindən erməni kilsəsinin ölkəmizə qarşı apardığı dini müstəvidə qarayaxma kampaniyasını zərərsizləşdirmək yönündə aktiv fəaliyyəti barədə iclas iştirakçılarını məlumatlandırıb. 
 
QMİ Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar Müraciəti oxunub və qəbul olunub. Müraciətdə Aşura mərasimləri ilə bağlı konkret tapşırıq və tövsiyələr yer alıb.
 
O cümlədən, münasib təziyədarlıq nümunələrindən biri kimi ənənəvi keçirilən qanvermə aksiyaları barədə məlumat verilib. 
 
İclasda iştirak edən Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək dövlət-din münasibətlərinin yüksək səviyyəsindən, dini dəyərlərə və din xadimlərinə qayğı və diqqətdən bəhs edib, öz növbəsində, din xadimlərinə Məhərrəm ayı ilə bağlı öz tövsiyələrini bildirib.
 
Din xadimlərinin Vətən müharibəsi günlərində yüksək vətənpərvərlik nümunəsi göstərdiklərini xüsusi vurğulayan Komitə sədri Məhərrəmlik mərasimləri dövründə də dinimizin dəyərlərinin insanlara çatdırılmasında din xadimlərinin üzərinə düşən məsuliyyəti xatırladaraq dövlət xurafat elementlərinin yer almaması üçün diqqətli olmağı tövsiyə edib.
 
M.Qurbanlı Azərbaycan cəmiyyətinin hər zaman ənənəvi dəyərlərinə yüksək ehtiram bəslədiyini vurğulayaraq, bu il də Məhərrəmlik, Aşura mərasimlərinin milli-mənəvi dəyərlərimizə uyğun şəkildə qeyd ediləcəyinə əmin olduğunu bildirib. İclasda Vətən şəhidlərinin ruhlarına dualar oxunub, Allahdan rəhmət dilənib. 
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü ALQIŞLAYIR
16:00 08.05.2024
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub
15:50 08.05.2024
Bolqarıstan Prezidentinin şərəfinə rəsmi nahar verildi
15:42 08.05.2024
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
15:04 08.05.2024
Azərbaycan yazıçılarının QORXULARI - SORĞU
15:00 08.05.2024
3 ildir axtarılan qadın HƏBS EDİLDİ
14:48 08.05.2024
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:42 08.05.2024
Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır
14:39 08.05.2024
AFFA “Kəpəz”i 8500 manat cərimələdi
14:27 08.05.2024
Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşdü
14:17 08.05.2024
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
14:12 08.05.2024
Dörd ayda istehlakçılara 59 milyon manatdan çox ƏDV QAYTARILIB
14:05 08.05.2024
Bu halda Ermənistanla Rusiya arasında əlaqələr çox pis şəkildə pozulmağa başlayacaq - Rusiyalı siyasətçidən ŞOK PROQNOZ - VİDEO
14:00 08.05.2024
Hamısı