Azərbaycan Ordusunun mövqeləri üç istiqamətdə atəşə tutulub - ednews.net

9 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Azərbaycan Ordusunun mövqeləri üç istiqamətdə atəşə tutulub

Cəmiyyət A- A A+

İyulun 30-u axşam saatlarından başlayaraq 31-i gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Gədəbəy və Kəlbəcər rayonları istiqamətlərində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə Ednews Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonunun Əmiranlar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlar və snayper tüfənglərindən atəşə tutulub.

Qeyd olunan istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...