Şuşada bəzi hallarda nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulacaq - ednews.net

30 Sentyabr, Cümə

(+994 50) 229-39-11

Şuşada bəzi hallarda nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulacaq

Cəmiyyət A- A A+
Şuşa şəhərində hansı hallarda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacağı məlum olub.
 
Ednews xəbər verir ki, bu, Nazirlər Kabinetinin ““Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi”nin təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.
 
Qərara əsasən, mühafizə zonasından keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti abidələr üçün təhlükə yaradarsa, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən həmin yollarda nəqliyyat vasitələrindən istifadəyə məhdudiyyət tətbiq edilə və ya qadağa qoyula bilər.
 
Mühafizə zonasında İdarə tərəfindən müəyyən edilmiş yerlərdən kənarda nəqliyyat vasitələrinin hərəkətinə, dayanacaqların təşkilinə, çadırların qurulmasına və tonqalların yandırılmasına yol verilməyəcək.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...