Laçında həlak olan əsgərdən XƏBƏR VAR - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Laçında həlak olan əsgərdən XƏBƏR VAR

Cəmiyyət A- A A+
Laçında bu gün qaya uçması nəticəsində həlak olan Azərbaycan Ordusunun əsgəri - 18.07.2003-cü il təvəllüdlü Samir Səməd oğlu Xudiyev Fizuli rayonundandır. 
 
Ednews xəbər verir ki, o, 2021-ci il iyul ayının 20-də hərbi xidmətə gedib. 
 
Qeyd edək ki, avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.
 
Nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...