İstirahət mərkəzinin hovuzunda dəhşətli hadisə - Ölən var - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

İstirahət mərkəzinin hovuzunda dəhşətli hadisə - Ölən var

Cəmiyyət A- A A+

Bakıda istirahət mərkəzinin hovuzunda ölüm hadisəsi baş verib.

Ednews “Qafqazinfo”nun əldə etdiyi məlumata istinadən bildirir ki, dünən Səbail rayonu Şıx qəsəbəsində yerləşən “Dostluq” istirahət mərkəzinin hovuzunda paytaxt sakini, 32 yaşlı Pərviz Kazım oğlu Sultanov boğularaq ölüb.

Yaxınlıqdakı şəxslər gəncin hovuzda batdığını görüblər. P.Sultanov sudan çıxarıldıqda onun artıq öldüyü məlum olub.

İlkin araşdırmalar zamanı P.Sultanovun epilepsiya xəstəsi olduğu məlum olub və qıcolma səbəbindən suda batdığı bildirilib.

Araşdırmalar davam etdirilir.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...