Jurnalistlər üçün inşa edilən binadan XƏBƏR VAR

Cəmiyyət 17:17 09.08.2022
Jurnalistlər üçün inşa edilmiş binanın həyətində abadlıq işləri həyata keçirilib.
 
İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Səbail rayonunda məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, infrastrukturların yaradılması, yaşıllıqların salınması istiqamətində işlər uğurla davam etdirilir.
 
Ednews xəbər verir ki, rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Səbail Rayon İcra Hakimiyyəti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Yeni Salyan yolu 22 ünvanında yerləşən jurnalistlər üçün inşa edilmiş binanın həyətində abadlıq işləri həyata keçirilib.
 
Sakinlərin təklif və müraciətləri nəzərə alınaraq aparılan abadlıq işləri çərçivəsində binanın həyətində ümumilikdə 350 kv.m sahədə yeni tamet daş örtüyü salınıb, vətəndaşların asudə vaxtlarının səmərəli təşkili məqsədilə iki yeni söhbətgah, yeni işıq dirəkləri və oturacaqlar quraşdırılmış, o cümlədən yararsız idman qurğuları və attraksionlar yenilənib.
 
Eyni zamanda, uşaqlar üçün əyləncə meydançaları rezin örtüklərlə üzlənib.
 
Burada keçirilmiş iməcilik işləri zamanı həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, həmişəyaşıl ağac və gül kollarının əkilməsi də təmin edilib.
 
Məlumat üçün bildiririk ki, ötən dövr ərzində müvafiq binada yaşayan jurnalistlərin məişət ehtiyaclarının qarşılanması və rahatlığının təmin olunması məqsədilə market istifadəyə verilib.
 
Binanın qarşısında bankomat və “BakıKart” yükləmə aparatı yerləşdirilib. Bununla yanaşı, binanın işıqlandırma sistemi əsaslı şəkildə yenilənmiş, ərazidə yaşıllıq sahələrinin artırılması məqsədilə mütəmadi olaraq ağacəkmə kampaniyası keçirilməkdədir.
 
Qeyd edək ki, aparılan abadlıq işlərində əsas məqsəd binaların həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşayış şəraitinin yaradılmasıdır.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
Hamısı