802 min şəxsə sosial müavinət və təqaüd ödənilib - RƏSMİ - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

802 min şəxsə sosial müavinət və təqaüd ödənilib - RƏSMİ

Cəmiyyət A- A A+

Yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 802 min şəxsə sosial müavinət və təqaüd ödənilib. 

Bu barədə Ednews-a Nazirlikdən xəbər verilib.

Bildirilib ki, onlardan 441 min nəfəri sosial müavinətlə, 361 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub.

Əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 35 faiz çox olmaqla 465 mln. manat, Prezident təqaüdləri üzrə 27 faiz çox olmaqla 308 mln. manat ödənilib. 

Bu ilin 7 ayında 153,8 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 374,5 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib. 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...