İngiltərədə qaradərili və asiyalılar saatlarla həkim növbəsində süründürülür.
Ednews ingiltərənin Morning Start xəbər saytına istinadən bildirir ki, İngiltərənin milli səhiyyə orqanı barədə aparılan analizlərdə deyilir ki, son zamanlar qara dərili və asiyalı xəstələrin diaqnozu üçün onların ağ dərililərdən daha çox gözləməli olduğu qeydə alınıb. Hətta xərçəng diaqnozu üçün müraciət edən xəstələrin bəziləri təyin olunan vaxtdan əlavə altı həftə də gözləməli olub.
Exeter Universiteti və “Guardian”a məxsus dünyanın ən böyük ilkin tibbi yardım məlumat bazasının bu gün dərc edilən icmalı, qaradərili və asiyalı xəstələrin tədqiq edilən yeddi xərçəngdən altısına yoluxduğunu deyib.
On il ərzində 126.000 xərçəng hadisəsinin təhlili göstərib ki, ağdərili bir vətəndaşın ilk dəfə həkimə simptomlar təqdim etməsi ilə diaqnoz qoyulması arasındakı orta vaxt 55 gün olub.
Buna baxmayaraq asiyalı üçün bu, 60 gün, yəni vaxt nisbətinə görə 9 % daha uzundur. Qaradərili insanlar üçün isə bu, 61 gün, yəni 11% daha uzun zaman edir.
Diaqnozun gecikdirilməsi daha az müalicə variantı deməkdir, müalicəyə sonradan başlamaq isə sağ qalma ehtimalını azaltmağa gətirib çıxarır.
Qeyd edək ki, yerli hökumət və səhiyyə qurumu dəfələrlə səhiyyə sahəsində etnik bərabərsizlikləri aradan qaldırmağa söz verib.
Kampaniya tərəfdarları qaradərili və asiyalı insanların necə və niyə daha çox gözlədiklərini anlamaq və bunun baş verməsinin qarşısını almaq üçün ciddi tədbirlər görməyə çağırıblar.
Elnur Ənvəroğlu