BAMF-dan YENİ TƏŞƏBBÜS Azərbaycanlı jurnalistlər “Əl-Cəzirə” təcrübəsindən yararlanacaq

Cəmiyyət 14:54 31.08.2022
Xəbər verdiyimiz kimi avqustun 31-i Beynəlxalq Avrasiya Mətbuat Fondu Əl Cəzirə Media Şəbəkəsi ilə birgə təlimlərə başlayıb. Təlim ərəbdilli jurnalistlər üçün nəzərdə tutulub. 
 
Tədbirdən əvvəl BAMF-ın baş ofisində açılış mərasimi baş tutub. Tədbirdə BAMF prezidenti Umud Mirzəyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) şöbə müdiri Səbinə Seyidova, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “525-ci qəzet”in baş redaktoru, BAMF-ın himayəçilik şurasının üzvü Rəşad Məcid və Əməkdar jurnalist Qulu Məhərrəmli iştirak ediblər.
 
Tədbirdə açılış nitqi ilə çıxış edən Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun Əl-Cəzirə Media Şəbəkəsi ilə uzun illərdən bəri davam edən əməkdaşlıq fəaliyyətindən danışıb.
 
 
“Bu gün BAMF-ın uzun illər əməkdaşlıq etdiyi Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndəsi bizimlə birlikdədir. Tədbirin əsas məqsədi BAMF, Ednews Analitik İnformasiya Portalının əməkdaşları, eyni zamanda ölkəmizdə fəaliyyət göstərən ərəbdilli jurnalistlər üçün Əl-Cəzirə təcrübəsinin paylaşılmasıdır”. 
 
 
O, qeyd edib ki, indiki təlimlərdə məqsəd ərəbdilli jurnalistlərə “Əl-Cəzirə”nin standartlarının, internet jurnalistikasının sirrlərinin öyrədilməsi, həmçinin Əl-Cəzirə Media Şəbəkəsi ilə BAMF və ümumiyyətlə Azərbaycan və region mediası arasında informasiya mübadiləsinin həyata keçirilməsidir. BAMF rəhbəri təlimdə iştirak edən hər kəsə uğurlar arzulayıb. 
 
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Səbinə Seyidova isə çıxışı zamanı bildirib ki, BAMF-ın dəstəyilə xarici media ekspertlərinin iştirakıyla yerli jurnalistlərə təlim keçilməsi uğurlu addımdır.
 
 
“Bu cür təlimlərin davam etməsi jurnalistlərin bilik və bacarıqlarının artırılmasına xidmət edir.  Medianın İnkişafı Agentliyi BAMF ilə birlikdə Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndələrinin iştirakı ilə birgə təlimlər keçirib. Təlimlərdən birinə 75 baş redaktor qatılıb. Bundan başqa ADA Universitetində münaqişə zonalarında jurnalistlərin  davranışları ilə bağlı təlim oldu. “Əl-Cəzirə”dən olan təlimçilər iştirakçılara praktiki tapşırıqlar verdilər və çox yaxşı geri dönüşlər aldıq. Təlimlərin davam etməsi jurnalistlərin bilik və bacarıqlarının artırılmasına xidmət edir”.  
 
Mətbuat Şurasının sədri Əflatun Amaşov Əl-Cəzirə Media Şəbəkəsinin eksperti tərəfindən keçiriləcək təlimlərin ərəbdilli jurnalistlər üçün də faydalı olacağını bir daha vurğulayıb. O, dünyanın müxtəlif dillərində xəbərlər yayımlandığı “Əl-Cəzirə” kanalının təcrübəsinin paylaşılmasında BAMF-ın xüsusi rolunu qeyd edib. 
 
 
“BAMF 10 ildir ki, “Əl-Cəzirə” ilə sıx əlaqədədir. Mart ayında iki təşkilat arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Əminəm ki, bundan sonra da birgə tərəfdaşlıq çərçivəsində təlim və seminarlar keçiriləcək”.
 
Tədbirdə çıxış edən BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli Beynəlxalq Avrasiya Mətbuat Fondu və Əl-Cəzirə Media Şəbəkəsinin birgə təşkilatçılığı ilə keçiləcək təlimin xüsusən gənc jurnalistlərə faydalı ola biləcəyini qeyd edib.
 
 
“525-ci qəzet”in baş redaktoru, BAMF-ın himayəçilik şurasının üzvü Rəşad Məcid qeyd edib ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu hər zaman dünyanın nüfuzlu şəxslərinin, həmçinin xarici jurnalistlərin Azərbaycana səfərlərini təşkil edib. O, BAMF rəhbərinin şəxsi əlaqələri sayəsində “Əl-Cəzirə” kanalında Azərbaycan haqqında 5 sənədli filmin yayımlandığı barədə də söz açıb.
 
 
Beynəlxalq Avrasiya Mətbuat Fondunun müşaviri Əhməd Sami Elaydi isə BAMF-ın Əl-Cəzirə Media Şəbəkəsi ilə davam edən əməkdaşlığının təkcə qurum üçün deyil, bütün Azərbaycan mətbuatı üçün böyük önəm daşıdığını vurğulayıb.
 
Daha sonra tədbirdə Əl-Cəzirə Media Şəbəkəsinin aparıcı jurnalisti, peşəkar təlimçi Məhəmməd Qulam Bouba çıxış edib. O, tədbir iştirakçılarının sayının çox olmasını Azərbaycan insanının biliyə marağının göstəricisi kimi gördüyünü deyib və fondun prezidenti Umud Mizrəyevə minnətdarlığını bildirib.
 
 
““Əl-Cəzirə”nin insan hüquqları və beynəlxalq əməkdaşlıq çərçivəsində BAMF ilə həyata keçirdiyi tərəfdaşlıq əsasında burdayam. Bizim üçün BAMF ilə tərəfdaşlıq etmək çox sevindirici haldır. Fond nəinki Azərbaycanda, demək olar ki, bütün dünyada öz xeyirxah missiyasını sürdürüb və buna davam edir. Bu strateji tərəfdaşlığın əsas cəhətlərindən biri də regionla bağlı xəbərlərin ərəb mənbələrinə düzgün çatdırılmasıdır. Əl-Cəzirə Media Şəbəkəsinin malik olduğu bilikləri Azərbaycan tərəfinə təqdim etmək və burda təlimlərin keçirilməsini nəzərdə tutur”.
 
O, çıxışını Beynəlxalq Avrasiya Mətbuat Fonduna bu təşəbbüs üçün təşəkkür etməklə bitirib. İki qurum arasında tərəfdaşlıqdan məmnunluğunu dilə gətirən  Məhəmməd Qulam Bouba bu fəaliyyətin bəhrə verəcəyinə ümidvar olduğunu deyib.
 
Gülnar Səlimova
“COP29 Qarabağın Yaşıl Enerji potensialını önə çıxaracaq” - Macar professor -Video

Xəbər xətti

ABŞ dövlət katibinin köməkçisi: Bidzina İvanişviliyə qarşı heç bir sanksiya yoxdur
00:22 15.05.2024
Xarkovun atəşə tutulması nəticəsində yaralananların sayı 18 nəfərə çatıb
23:50 14.05.2024
"Onların ölkəmizin siyasətinə müdaxilə etməsi qətiyyən yolverilməzdir" - Gürcüstan rəsmisi
23:15 14.05.2024
Putin Rusiya hökumətinin yeni tərkibini təsdiqləyib
23:04 14.05.2024
Türkiyədə son 53 ilin ən isti apreli qeydə alınıb
22:45 14.05.2024
Sabah Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq
22:05 14.05.2024
Paşinyan yenə KTMT-ni GÜNAHLANDIRDI: “Azərbaycanla müharibə vaxtı İrəvanı dəstəkləmədilər”
21:30 14.05.2024
Sabah Sabirabadın 4 kəndinin qaz təchizatı dayandırılacaq
21:21 14.05.2024
Kobaxidze: ABŞ ilə ədalətli münasibətlər tələb edən tərəfdaşlığın dərinləşməsində maraqlıyıq
21:00 14.05.2024
Azərbaycan II Liqasının çempionu bəlli olub
20:45 14.05.2024
Gürcüstan parlamentinin qarşısındakı aksiyada 13 nəfər saxlanılıb
20:07 14.05.2024
Bakı Təşəbbüs Qrupu Fransanın Yeni Kaledoniyada mülki şəxslərə qarşı zorakılığı ilə bağlı bəyanat yayıb
19:57 14.05.2024
Azərbaycan Dənizlə yüklərin daşınması haqqında Beynəlxalq Konvensiyaya qoşulmaq istəyir
19:48 14.05.2024
Kameron Rusiyadan Britaniya vətəndaşının azad olunmasını tələb edib
19:39 14.05.2024
Biləsuvarda 26 fiziki imkanları məhdud sakin şəxsiyyət vəsiqəsi ilə təmin olunub
19:27 14.05.2024
Lənkəranda itkin düşdüyü hesab edilən qadının meyiti tapılıb
19:14 14.05.2024
Azərbaycan və Sinqapur parlament sədrləri beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə ediblər
19:00 14.05.2024
Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb
18:55 14.05.2024
Azərbaycanda maliyyə-lizinq şirkətinin istiqrazlarının ilk tranşı listinqə daxil edilib
18:34 14.05.2024
Muxtar Babayev BMT-nin dayanıqlı enerji üzrə xüsusi nümayəndəsi ilə görüşüb
18:26 14.05.2024
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:19 14.05.2024
AK nümayəndəsi: İrəvanla Bakı arasında normallaşma kommunikasiyaların açılmasına imkan verəcək
18:10 14.05.2024
Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisi ilə bağlı YENİ DETALLAR
18:00 14.05.2024
Rusiya “Zvartnots” hava limanında sərhəd-keçid məntəqəsini bağlayacaq
Rusiya “Zvartnots” hava limanında sərhəd-keçid məntəqəsini bağlayacaq
17:50 14.05.2024
Yağıntılı hava bu tarixə qədər davam edəcək
Yağıntılı hava bu tarixə qədər davam edəcək
17:40 14.05.2024
Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb
Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb
17:30 14.05.2024
Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
17:24 14.05.2024
Naxçıvana leysan yağdı - Küçələri su basdı. - VİDEO
Naxçıvana leysan yağdı - Küçələri su basdı. - VİDEO
17:17 14.05.2024
Avropa İttifaqı İrana qarşı sanksiyalarını genişləndirib
Avropa İttifaqı İrana qarşı sanksiyalarını genişləndirib
17:15 14.05.2024
Azərbaycanda bu Akademiyanın adı dəyişdirildi
Azərbaycanda bu Akademiyanın adı dəyişdirildi
17:00 14.05.2024
Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilib
Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilib
16:45 14.05.2024
Xankəndidə daha bir iclas: Əhalinin qayıdışı müzakirə edildi
Xankəndidə daha bir iclas: Əhalinin qayıdışı müzakirə edildi
16:35 14.05.2024
Natiq Mehdi qətlə yetirilib - İş yoldaşı tutuldu
Natiq Mehdi qətlə yetirilib - İş yoldaşı tutuldu
16:32 14.05.2024
Türkiyədə kömür zavodunda çökmə olub, ölən və yaralanan var
16:20 14.05.2024
Türkiyədə yeni konstitusiya qəbul olunacaq
Türkiyədə yeni konstitusiya qəbul olunacaq
16:10 14.05.2024
FAKTİKİ HAVA: Yağış yağıb, dolu düşüb
16:03 14.05.2024
İğdır-Naxçıvan qaz kəməri yaxın vaxtlarda istifadəyə VERİLƏCƏK
15:55 14.05.2024
Alparslan Bayraktar: “Ən qısa zamanda İğdır-Naxçıvan qaz kəməri istifadəyə veriləcək”
Alparslan Bayraktar: “Ən qısa zamanda İğdır-Naxçıvan qaz kəməri istifadəyə veriləcək”
15:50 14.05.2024
Aİ Şurası Ukraynanın 50 milyard avroluq yardım alması üçün islahatlar planını təsdiqləyib
15:40 14.05.2024
Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub
Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub
15:40 14.05.2024
Hamısı