Boğazında oraq olan "vampir qadın"ın qalıqları tapılıb - ednews.net

3 Oktyabr, Bazar ertəsi

(+994 50) 229-39-11

Boğazında oraq olan "vampir qadın"ın qalıqları tapılıb

Cəmiyyət A- A A+

Arxeoloqlar Polşada 17-ci əsrdə vampirlə səhv salınan qadının qalıqlarını aşkar ediblər.

Ednews bildirir ki, bu barədə "Daily Mail" yazıb.

Qalıqlar Polşanın şimalındakı Torun şəhəri yaxınlığındakı Pien kəndində köhnə qəbiristanlıqda aparılan arxeoloji işlər zamanı tapılıb. Mərhumun boğazı oraqla yerə basdırılıb, ayaq barmağına qıfıl asılıb. Alimlərin fikrincə, bu dəfn üsulu o dövrdə yaşayan insanların xurafatına görə istifadə edilib - onlar "vampir qadının" ölülərdən diriləcəyindən və məzardan çıxacağından qorxublar.

Arxeoloji qrupun rəhbəri, Nikolay Kopernik Universitetinin professoru Dariuş Polinski, "oraq boynuna elə qoyulmuşdu ki, mərhum ayağa qalxmaq istəsə, başı kəsiləcəkdi" deyib. O, həmçinin əlavə edib ki, barmaqdakı qıfıl canlılar dünyasına qayıtmağın qeyri-mümkün olduğunu ifadə edə bilər.

Tədqiqatçılar mərhumun başında ipək papaq olduğunu da qeyd ediblər - bu, qadının yüksək sosial statusundan xəbər verib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...