Sentyabrın 6-da “Əl-Cəzirə” Media Şəbəkəsi tərəfindən Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşlarına bir günlük təlim keçirildi.
Ednews xəbər verir ki, təlim BAMF-ın baş ofisində “Əl-Cəzirə” Media Şəbəkəsinin aparıcı jurnalisti, peşəkar təlimçi Məhəmməd Qulam Bouba tərəfindən baş tutub.
M.Q.Bouba gənc jurnalistlər üçün “Jurnalistika meyarları”, “Elektron media”, “Jurnalist etikası”, “Xəbər mənbələri”, “Mediada operativlik” mövzularından danışıb. O, gənc həmkarlarının media haqda suallarını cavablandırıb. Dünya jurnalistikasından mühazirə deyib, nəsihətlərini əməkdaşlarla bölüşüb.
Qeyd etmək istərdik ki, 31 avqust – 11 sentyabr tarixlərində “Əl Cəzirə” Media Şəbəkəsi tərəfindən BAMF-ın və “Ednews.net” analitik informasiya portalının ərəbdilli əməkdaşlarına təlim keçirilmişdi.
Həmçinin, cari ilin mart ayında əməkdaşlıq memorandumu imzalayan BAMF ilə “Əl Cəzirə” Media Şəbəkəsinin 10 ildən çoxdur ki, uğurlu əməkdaşlıq təcrübəsi vardır.
Rəna Mürşüd