Hazırda oxunan: Cəlilabadda ferma yandı - 29 baş mal-qara tələf oldu
Cəlilabad rayonunda ferma yanıb.
Ednews xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndində, Anar Qasımova məxsus təsərrüfatda baş verib.
Belə ki, yanğın nəticəsində 29 baş iribuynuzlu mal-qara tələf olub və 6 ton ot yanıb.
Həmçinin rayonun Kürdlər və Adnalı kəndlərində 2 ədəd elektrik dirəyi yanıb.
Yanğınlar müvafiq qüvvələr tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.