Həyat yoldaşını döyərək öldürən Qusar sakini tutulub - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Həyat yoldaşını döyərək öldürən Qusar sakini tutulub

Cəmiyyət A- A A+

Sentyabrın 6-da Qusar rayon sakini 1995-ci il təvəllüdlü Ellada Abbasovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan Ednews-a verilən xəbərə görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Zedik Əlifxanov sentyabrın 4-də axşam saatlarında yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əllə, ayaqla və ağac parçası ilə Ellada Abbasovaya xəsarətlər yetirib, sonuncu almış olduğu xəsarətlərin təsirindən qeyd edilən tarixdə ölüb.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Zedik Əlifxanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...