Dünən Yaponiya hökumətinin internet portalının sındırıldığı bildirilir.
Ednews "ntvturk"-ə istinadən xəbər verir ki, Milli Böhranların Qarşısının Alınması və Təhlükəsizliyi Strategiyası Mərkəzi hökumətə bağlı veb-saytların qısa müddət ərzində bir çox mənbədən məlumat göndərən hakerlər tərəfindən DDoS hücumuna məruz qaldığını bildirib.
Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyi də eLTAX vergi portalına girişin müvəqqəti olaraq bloklandığını təsdiqləyib.
Qeyd edək ki, Rusiyayönlü haker qrupu Killnet öz Telegram proqramında Yaponiyanın onlayn ictimai xidmətlərini və elektron vergi sistemini hədəf aldığını elan edən bir mesaj yayımlayıb.
Killnet haker qrupunun adı Rusiyanın işğalı zamanı Ukraynaya dəstək verən ölkələrə məxsus internet saytlarına silsilə kiber hücum xəbərləri ilə gündəmə gəlib.
Nəzrin Beydiyeva