7-10 sentyabr tarixlərində Kocaeli şəhərinin Gebze mahalının bələdiyə başçısı Zinnur Büyükgözün başçılığı ilə Türkiyə nümayəndə heyəti Bakıya səfəri baş tutub.
Ednews xəbər verir ki, səfərdə bələdiyyə başçısı, millət vəkili və bələdiyyə məclis üzvlərindən ibarət komanda iştirak edir. Səfərin əsas məqsədi iki ölkə arasında qardaşlıq layihələri həyata keçirmək, Azərbaycan və Türkiyə arasında mədəniyyət sahəsində əlaqələri daha da gücləndirməkdir. Kocaeli millət vəkili Cəmil Yaman da bu səfərdə iştirak edən rəsmilərdəndir.
40 nəfərin qatıldığı tədbir proqramı üç gün nəzərdə tutulan səfər çərçivəsində davam edəcək. Səfər “Festival Tur” şirkətinin rəhbəri Ömər Aydoğdunun təşkilatçılığı ilə baş tutub.
Bakıya gələn qonaqlar bir sıra tədbirlərdə iştirak edəcəklər. Heyət Polad Həşimovun məzarını ziyarət edəcək və qəhrəmanın anası Səmayə Həşimova ilə görüşəcəklər. Nümayəndəlik xeyriyyə aksiyası çərçivəsində şəhid və qazi ailələrinin övladlarına 50 ədəd çanta və məktəb ləvazimatları da hədiyyə edəcək. Eyni zamanda onlar Bakıda Türkiyə səfiri Cahid Bağçı ilə də görüşəcəklər. Bundan başqa nümayəndə heyəti TİKA, Yunus Əmrə İnstitutunda və Bakı Dövlət Universitetində baş tutacaq görüşlərdə də iştirak edəcəklər. Daha sonra Türkiyədən gələn nümayəndəliyinin Gəncə və Qarabağ bölgəsinə də səfəri nəzərdə tutulub.
Heyət sentyabrın 9-da mətbuata bəyanatla çıxış edəcək.
Qeyd edək ki, Türkiyə nümayəndə heyəti mətbuat konfransı sentyabrın 9-da Beynəlxalq Avrasiya Mətbuat Fondunun Bakı ofisində baş tutacaq.
Nəzrin Beydiyeva