Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB-EBRD) prezidenti Odil Reno-Basso sentyabrın 11-13-ü aralığında Azərbaycana səfər edəcək.
Ednews xəbər verir ki, AYİB prezidenti Azərbaycanda Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və digər aidiyyatı dövlət qurumlarında görüşlər keçirəcək. Məlumata görə, səfər zamanı əsas diqqət Azərbaycanın ərzaq təhlükəsizliyi, nəqliyyat kommunikasiyaları və enerji sahəsində mühüm roluna yönəldiləcək.