Daşkənddə Özbək jurnalistlərə Azərbaycan həqiqətlərinin yayılmasında dəstəklərinə görə TÜRKSOY-un xüsusi mükafatları təqdim edilib

Cəmiyyət 18:51 09.09.2022
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində özbək jurnalistlərə TÜRKSOY-un Mətbuat Mükafatları təqdim edilib. Ednews xəbər verir ki, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan Mədəniyyət Mərkəzinin təqdimatı əsasında TÜRKSOY təşkilatı Azərbaycan həqiqətlərinin yayılmasında dəstəklərinə görə, bir sıra özbəkistanlı jurnalistləri xüsusi mükafata layiq görüblər. Tədbirdə TÜRKSOY təşkilatı, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Özbəkistan jurnalistlər İttifaqının rəhbərliyi, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. İlk olaraq tədbir iştirakçılar Ulu Öndər Heydər Əliyevin bu binanın qarşısındakı abidəsi önünə və şəhidlər bağına əklil qoyublar. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov TÜRKSOY təşkilatı haqqında məlumat verərək, Türk ölkələrinin mədəniyyət səylərini birləşdirən bu qurum çərçivəsində geniş əməkdaşlıq platformasının yaradıldığını, beynəlxalq təşkilatlar ətrafında səmərəli fəaliyyət göstərildiyini qeyd edib. O, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin TÜRKSOY-la əməkdaşlıq etdiyini Mərkəzin dəstəyi ilə Molla Pənah Vaqif, Baxtiyar Vahabzadə kimi şairlərimizin şeirlərinin kitab halında TÜRKSOY layihəsi çərçivəsində çap olunduğunu qeyd edib. Diplomat Azərbaycan ordusunun qəhrəmanlığı, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində 30 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqlarının 44 günlük Vətən müharibəsi nəticəsində azad edildiyini qeyd edib. O, ötən dövr ərzində, habelə Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərini Özbəkistana və dünyaya çatdıran tanınmış media mənsublarına öz təşəkkürünü bildirib. “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyyətinin sədri Erkin Nurəddinov, Özbəkistan Jurnalistlər İttifaqının sədri Olimcon Usarov, Özbəkistandakı “Turan” Elmlər Akademiyasının prezidenti Xaydarbek Bababekov Özbəkistanla Azərbaycan, ümumiyyətlə Türk dünyası ölkələri arasında bütün sahələrdə, o cümlədən elm, mədəniyyət, incəsənət, mətbuat sahəsində əlaqələrin inkişaf etdiyini qeyd edərək, Türk dövlətləri arasında həmrəyliyin və əməkdaşlığın vacib olduğunu söyləyiblər. TÜRKSOY-un Baş katibi Sultan Rayev öz çıxışında təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib, 2020-ci ildə TÜRKSOY-un Mətbuat Mükafatını qədim Azərbaycan torpaqlarının azadlığı uğrunda 44 günlük Vətən müharibəsi zamanı yaşanan hadisələri və Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdıran mətbuat işçilərinə verməyi qərara aldıqlarını bildirib. Baş katib deyib ki, 2021-ci il sentyabrın 10-da Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən mərasimdə TÜRKSOY-un Mətbuat Mükafatı sahiblərinin bir qisminə təqdim olunub. Sonra Sultan Rayev və Samir Abbasov Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması istiqamətində fərqlənən Özbək jurnalistlərə TÜRKSOY mükafatlarını təqdim ediblər. Mükafatlar tarixçi alim Şuxrat Salamov, jurnalistlər İxtiyor Abdurahmanov, Serdar Keskin, Şokir Dolimov, Muslimjon Mirzajanov, Nazim Buronov və Şərafəddin Tuleqanova təqdim edilib. Qeyd edək ki, 2021-ci ildə Bakıda keçirilən tədbirdə jurnalistlər Qamaraddin Şeyxov və Abduvali Saybnazarova TÜRKSOY mükafatları verilib. Daha sonra tədbirdə TÜRKSOY-un fəaliyyəti haqqında videofilm nümayiş etdirilib. Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin “Əməkdar artist Kaykep Əliyeva adına Azərbaycan qızları” rəqs ansamblının üzvləri rəqslərimizi, müğənnilər Rəna Əzizova, Timur Rəhmanov və başqaları Azərbaycan və özbək mahnılarını ifa ediblər. Tədbir çərçivəsində TÜRKSOY-un Baş katibi Sultan Rayev Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib. O, həmçinin mərkəzin direktoru Samir Abbasovla görüşərək ikitərəfli əməkdaşlığı müzakirə edib.
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq - VİDEO
15:12 11.05.2024
Prezident “Xarıbülbül” Festivalının açılışında ÇIXIŞ EDİB – VİDEO
15:00 11.05.2024
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak ediblər
14:50 11.05.2024
Azərbaycan müdafiə nazirinin müavini ehtiyata buraxılıb
14:40 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar
14:30 11.05.2024
İlham Əliyev: Şuşa bu şərəfli ada layiq görülüb - VİDEO
14:23 11.05.2024
Yaponiya 2 milyard dollar dəyərində COVID-19 peyvəndini məhv edəcək
14:15 11.05.2024
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
14:02 11.05.2024
Lesoto və Azərbaycan Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
Lesoto və Azərbaycan Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
13:46 11.05.2024
Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək
Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək
13:30 11.05.2024
Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb
Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb
13:20 11.05.2024
Hamısı