Cəlilabadda günəbaxan tumları istehsalı sexi yandı - ednews.net

30 Sentyabr, Cümə

(+994 50) 229-39-11

Cəlilabadda günəbaxan tumları istehsalı sexi yandı

Cəmiyyət A- A A+
Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. Ednews Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhərinin Cavad xan küçəsində, 1982-ci il təvəllüdlü Rauf Məmmədova məxsus birmərtəbəli günəbaxan tumlarının istehsalı sexində qeydə alınıb. Yanğın hadisə yerinə cəlb olunan Cəlilabad rayon Yanğından Mühafizə Xidmətinin texnikaları və əməkdaşları tərəfindən söndürülüb. Hadisə nəticəsində ümumi sahəsi 360 kvadratmetr olan sexin yanar konstruksiyaları və içərisində olan avadanlıqlar 120 kvadratmetr sahədə yanıb. Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...