Vətəndaş Birlik Partiyası BƏYANAT YAYDI

Cəmiyyət 10:59 15.09.2022

VBP Ermənistanın sərhəddə törətdiyi son təxribatla bağlı bəyanat yayıb.

Beynəlxalq birliyi  sülh sazişi imzalamaq üçün İrəvana təzyiq etməyə və xalqı birliyə çağırıb.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq noyabrın  10-da Azərbycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli  sülh bəyanatı Cənubi Qafqazda dayanıqlı sülhün yaranmasına böyük ümidlər yaratmışdı.  Lakin Ermənistanın revanşist siyasətindən əl çəkməməsi və bölgədə  davamlı sülhün əldə edilməsi istiqamətində aparılan  danışıqlar qeyri-səmimi  mövqe sərgiləyib, destruktivlik nümayiş etdirməsi, sülh danışıqlarından boyun qaçırması ümid bəslənən gözləntilərə kölgə salıb. Azərbaycan üçtərəfli, istərsə ondan sonra 11 yanvar və 26 noyabr 2021-ci il bəyanatları, istərsə də digər formatlarda aparılan danışıqlar zamanı  əldə edilən razılaşmaları birmənalı şəkildə həyata keçirsə də, İrəvan bunun əksinə fəaliyyət göstərərək, sülhə hazır olmadığını nümayiş etdirib.

Ermənistan ordusunun sentyabrın 12-dən 13-nə keçən gecə saatlarından başlayaraq   Laçın, Kəlbəcər və Zəngilan  istiqamətində  dövlət sərhəddində Azərbaycan ordusunun mövqelərinə qarşı genişmiqyaslı təxribatlar törətməsi rəsmi İrəvanın sülhə hazır olmadığını bir daha təsdiqləyir. Nəticədə itkilər oldu.  Azərbaycan ordusu  təxribatın qarşısını almaq üçün adekvat addım ataraq, düşmənin layiqli cavabını verdi.

Ermənistan  törətdiyi sonuncu  təxribatla  bir sülhsevər ölkə olduğunu deyil, işğalçı və terrorçu  mahiyyətə malik olduğunu ortaya qoymuş oldu.

Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, o cümlədən  Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının, həmçinin Brüssel görüşlərində sülhlə bağlı əldə edilmiş  razılıqların  və sülh prosesinin kobud şəkildə pozulması deməkdir.  Sülh prosesinin pozulmasına görə məsuliyyət  isə Ermənistan hakimiyyətinin üzərinə düşür.

Vətəndaş Birliyi Partiyası  (VBP) Ermənistanın bölgədə dayanıqlı sülhü pozması və gərginlik yaratmaq istiqamətindəki beynəlxalq hüquq və prinsiplərinə zidd revanşist siyasətini qətiyyətli qınayır.

VBP eyni zamanda beynəlxalq təşkilatları və dünyanın aparıcı ölkələrini Ermənistanın  beynəlxalq hüququ kobud surətdə pozmasına  seyrçi mövqe sərgiləməsində də təəssüfləndiyini bəyan edir. Hesab edirik ki, beynəlxalq briliyin və dölətlərin Ermənistanın beynəlxalq  hüquqa hayqırı göstərməsinə  seyrçi mövqe sərgiləməsi   təkcə Cənubi Qafqazın deyil, bütövlükdə qlobal təhlükəsizlik sisteminə təhdiddir.  Odur ki, beynəlxalq birlik Ermənistanın  beynəlxalq hüquq və prinsiplərinə zidd  əməlləri qətiyyətlə pislənilməli, İrəvanı sülh sazişi imzalamaq üçün təsirli addımlar atmalıdır. Əks halda beynəlxalq birlik də bunun zəiyyətini çəkmiş olacaq.

VBP hər zaman Azərbaycan dövlətinin  daha da güclü, qüdrətli bir ölkəyə çevrilməsi istiqamətində fəaliyyəti göstərib.  Partiya olaraq biz bu gün cənab Prezident İlham Əliyevin Azərbaycanın dünyanın güclü, qüdrətli və inkişaf etmiş ölkəyə çevrilməsi istiqamətində yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyirik.  Cənab Prezidentin ətrafında formalaşan sıx birliyin bundan sonra qorunub saxlanmasına,  Azərbaycanın qarşısında duran  hədəflərə  nail olunmasında  dəstəyimizi verməkdə davam etməliyik. Yalnız birliyimiz nəticəsində bütün hədəflərimizə nail ola bilərik.

Vətəndaş Birliyi Partiyasının  sədri, deputat Sabir Hacıyev

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü ALQIŞLAYIR
16:00 08.05.2024
Hamısı