Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi, Cəlilabad rayon sakini Qənbərli Rəşad Əlizamin oğlu dəfn olunub.
Ednews xəbər verir ki, şəhidlə əvvəlcə Cəlilabad rayonunun Uzuntəpə kəndində vida mərasimi keçirilib.
Daha sonra şəhid Uzuntəpə kənd qəbirstanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində rayon rəsmiləri, şəhidin yaxınları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, şəhid R.Qənbərli 1996-ci ildə Cəlilabad rayonunda anadan olub.