Türkiyə vətəndaşı Salyanda faciəvi şəkildə öldü - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Türkiyə vətəndaşı Salyanda faciəvi şəkildə öldü

Cəmiyyət A- A A+
Salyanda Türkiyə vətəndaşı faciəvi şəkildə ölüb.
 
Ednews-ın xəbərinə görə, hadisə Ələt-Astara yolunun rayondan keçən hissəsində qeydə alınıb.
 
Belə ki, Türkiyə vətəndaşı Süleyman Kurtuluş idarə etdiyi "Merdeces-Benz" markalı yük avtomobilinin təkərini dəyişmək üçün Ələt-Astara yolunda nəqliyyat vasitəsini qaldırıcı ilə havaya qaldırıb.
 
O, avtomobilin təkərini dəyişərkən qaldırıcının hava təzyiqinin qəflətən boşalması nəticəsində avtomobilin qaz balonlarının altında qalaraq ölüb.
 
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...