Vaşinqtonun təşəbbüsü ilə bu gün Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun erməni həmkarı Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Entoni Blinkenlə üçtərəfli görüşu baş tutacaq.
Ednews xəbər verir ki, baş tutacaq görüşlə bağlı İsrailli politoloq, beynəlxalq hüquq sahəsində ekspert Mixael Finkel keçiriləcək görüş haqda bildirdi ki, "əslində bu vaxt itkisidir və aparılan danışıqlar mənasızdır. Ermənistan Status Kvonun saxlanılması üçün çalışacaq və bunun üçün savaşacaq".
Ekspert bu münaqişədə dəfələrlə vasitəçilik edən Rusiyanın rolunun zəiflədiyini vurğulayıb.
“Biz son hadisələrdə Rusiyadan sonra Qərb qüvvələrinin vasitəçilik etmə cəhdlərini müşahidə etdik. Onlar Azərbaycanla Ermənistan arasında bir körpü yaratmaq istəyirdilər. Bu hallar daha çox Brüsel görüşündə baş verdi. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə qarşı tərəfə sülh əlini uzatdığını gördük. Amma Ermənistan birmənalı olaraq, buna hər zaman etiraz edirdi”.
Söhbət əsnasında o, qeyd edib ki, ABŞ diplomatları Ukrayna müharibəsində yürütdüyü taktikaların eynisini Azərbaycan-Ermənistan arasında da aparmaq istəyirlər. M.Finkel həmçinin onu da bildirib ki, Azərbaycan sülh istəsə də, Ermənistan bu sülhə heç vaxt razılıq verməyəcək:
“Təsəvvür etmək belə çətindir ki, nə vaxtsa Ermənistan Qarabağ və Şuşanın Azərbaycanın ərazisinə daxil olmasına razılıq versin və bunu qəbul etsinlər”.
Rəna Mürşüd