Yunanıstanın paytaxtı Afinada Prezident Rəcəb Tayyib Ərdoğanın “Bir gecə qəfil gələ bilərik” sözləri səbəbli narahatlıq hökm sürür.
Yunanıstanın “Kathimerini” və “Ta Nea” qəzetləri Türkiyə PUA-larının ötən həftə gecə və gecə yarısından sonra Egey Adalarının Ardıççık (Kinaros), Çerte (Kondelusia) və Koçbaba (Levitha) üzərindən 7 dəfə uçduğunu iddia edib.
Uçuşların Ərdoğanın sözlərindən dərhal sonra başladığı iddia edilir.
Digər bir fərziyəyə görə isə Türk PUA-larının şəkil və video çəkmək məqsədilə uçduğu deyilir.
Nəzrin Beydiyeva