Şabranda baş verən dəhşətli qəzanın təfərrüatları məlum olub.
Ednews Bizim.Media-nın Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsindən əldə etdiyi məlumatına əsasən xəbər verir ki, Şabran şəhər sakini, 1962-ci il təvəllüdlü Seyid Qasım oğlu Seyidovun idarə etdiyi mikroavtobusla Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Xalidə Məmmədağa qızı Haşımovanın idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində 16 nəfər yaralanıb, bir nəfər isə ölüb.
Qəzanın başvermə səbəbi təyin ediləcək avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı cinayət işi açılıb.