Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev növbəti dəfə Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.
Ednews xəbər verir ki, BAMF prezidenti uzun illərdir Azərbaycan mətbuatında öz fəaliyyətini layiqincə davam etdirir. Onun bu sahədə gördüyü işlər nəinki Azərbaycanda, habelə bütün beynəlxalq ictimaiyyətə ölkənin haqq səsini çatdırmağa yardımçı olub. Onun başçılıq etdiyi beynəlxalq qurum uzun illərdir ki, ölkənin haqq səsini yüksək tribunalardan səsləndirib.
BAMF prezidenti həmçinin çoxsaylı əcnəbi jurnalistlərlərin Azərbaycana səfərlərini təşkil edib, Ermənistanın Azərbaycana qarşı işgalçılıq siyasəti, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Umud Mirzəyev Azərbaycanda medianın inkişafı üçün xüsusi layihələr həyata keçirib və bir çox beynəlxalq media qurumları ilə əməkdaşlığı davam etdirir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevi kollektivimiz adından yenidən Mətbuat Şurasının idarə heyətinə üzv seçilməsi münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Qeyd edək ki, sentyabrın 24- də keçirilən Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri seçilib.