Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib - FOTOLAR - ednews.net

27 Noyabr,

(+994 50) 229-39-11

Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib - FOTOLAR

Cəmiyyət A- A A+
Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Anım Günü ilə əlaqədar Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. 
 
Ednews xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin, ANAMA əməkdaşlarının, şəhid ailələrinin, müharibə iştirakçılarının, hərbçilərin iştirakı ilə keçirilən tədbirdə 1000-dən artıq Eldar şamı və zeytun ağacı əkilib.
 
Şəhidlərimizin əziz xatirəsi bölgələrimizdə də ağacəkmə tədbirləri ilə anılıb və hər bölgənin iqlim şəraitinə uyğun ETSN-in tinglik sahələrində yetişdirilən tinglər əkilib.
1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...