Qadın 4 il sonsuzluq sonrası üçəm dünyaya gətirib - ednews.net

27 Noyabr,

(+994 50) 229-39-11

Qadın 4 il sonsuzluq sonrası üçəm dünyaya gətirib

Cəmiyyət A- A A+
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 4 il sonsuzluq sonrası üçəm körpələr dünyaya gəlib. Ednews xəbər verir ki, bu barədə İnstitutun rəsmi “facebook” səhifəsində məlumat verilib. Bildirilib ki, qadın ekstrakorporal mayalanma sonrası hamiləlik, 4 il sonsuzluq, üçəm hamiləlik diaqnozları ilə İnstituta müraciət edib, hamiləliyinin 7-ci həftəsindən etibarən ETMGİ-nin mama-ginekoloqu Leyla Süleymanovanın nəzarətində olub. 9 aylıq period zamanı Hamiləliyin Patologiyası şöbəsində stasionar müalicələrlə təmin olunan qadına hamiləliyin 34-cü həftəsində vəziyyəti ilə əlaqədar L. Süleymanova tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı icra olunub. Sağlam şəkildə dünyaya gələn üçəmlər heç bir reanimasion tədbirə ehtiyac olmadan evə buraxılıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...