Parlamentdə şəhidlərin xatirəsi yad edildi - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

Parlamentdə şəhidlərin xatirəsi yad edildi

Cəmiyyət A- A A+

“Ermənistan genişmiqyaslı təxribatlar törədib. Azərbaycan Ordusu tərəfindən görülən qətiyyətli tədbirlər nəticəsində bu təxribatların qarşısı qətiyyətlə alınıb”.

Ednews xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, bununla bağlı məsuliyyət Ermənistanın üzərinə düşür: “Ermənistanın məqsədi azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə mane olmaqdır. Xahiş edirəm ki, sentyabrın 13-də şəhid olan hərbi qulluqçularımızın və eləcədə də I və II Vətən müharibəsində şəhid olan hərbi qulluqçularımızın xatirəsini bir dəqiqəlik sükutla yad edək”.

Parlamentdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...