Sərxan Röyanı TƏNQİD ETDİ - "Rəhim ölüb ey, Röyam" - FOTOLAR - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

Sərxan Röyanı TƏNQİD ETDİ - "Rəhim ölüb ey, Röyam" - FOTOLAR

Cəmiyyət A- A A+

Aktyor Sərxan Kərəmoğlu Xalq Artisti Röya Ayxanın mərhum sənətçi Rəhim Rəhimlinin vəfatıyla bağlı başsağlığı paylaşımına sərt reaksiya bildirib.

Ednews Bizim media-ya istinadən xəbər verir ki, Sərxan sosial şəbəkə hesabında Röyanın başında fata ilə fotosunu yayımlayaraq onun Rəhimin vəfatını yalnız "Instagram"ın hekayə bölməsində paylaşım etməsinə etiraz edib.

"Səni sevdiyimi bilirsən. Rəhimi sən gǝrǝk hekayə bölümündə yox, əsas səhifəndə paylaşardın. Rəhim Rəhimlini biz sizə görə tanıdıq. Sizin aranızda ola bilsin soyuqluq var idi, amma bütün bunlar ona dəlalət etmir ki, ən əziz günləri unudasınız.
Nədənsə ümumilikdə anasından və ailəsindən xəbərsizlər tanınmışların səhifələrində yer alır, amma dostlar yox. Niyə? Səhifəni çoxmu gördün dostuna? Bütün Azərbaycana "Röya, səni sevirəm" deyən Rəhim ölüb ey, Röyam. İncimə məndən, səni sevirəm. Sən şəxsiyyət olmasaydın yazmazdım", - deyə, Sərxan bildirib.

Röya isə S.Kərəmoğlunun paylaşımına səssiz qalıb.

Qeyd edək ki, Rəhim Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından 43 yaşında vəfat edib. TƏBİB-in açıqlamasında müğənninin bununla yanaşı, ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası olduğu bilirilib.

 

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...