Azərbaycanda kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı qaydalar hazırlanır - ednews.net

3 Dekabr, Şənbə

(+994 50) 229-39-11

Azərbaycanda kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı qaydalar hazırlanır

Cəmiyyət A- A A+
“Azərbaycanda kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı qaydalar hazırlanır. İş yaxın vaxtlarda yekunlaşacaq”.
 
Ednews “Report”-a istinadən  xəbər verir ki, bu fikirləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev bu gün Bakıda keçirilən “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” sammitində çıxışı zamanı deyib. 
 
Onun sözlərinə görə, bu qaydalar qüvvəyə minəndən sonra ölkədə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması ilə bağlı çox əlverişli şərait yaranacaq: “Yeni startaplara və təhlükəsizlik provayderlərinə lisenziya tələbi yığışdırılır. Yəni, qaydalar sadələşdirilir. İstənilən adam təhlükəsizlik provayderi yaradıb, müəyyən infrasturuktura malik olduqdan sonra bu tədbirləri keçirə biləcək. Dövlət orqanları tərəfindən xüsusi təhlükəsizlik tələbləri müəyyən olunacaq. Provayderlər işlərini həmin tələblərə uyğun tənzimləyəcəklər”.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...