Gəmiçilərə ŞAD XƏBƏR - Yemək pulu artırıldı - ednews.net

4 Dekabr,

(+994 50) 229-39-11

Gəmiçilərə ŞAD XƏBƏR - Yemək pulu artırıldı

Cəmiyyət A- A A+

Nazirlər Kabineti “Müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclərin, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin normalarının müəyyən edilməsi barədə” qərarına dəyişiklik edib.

Ednews xəbər verir ki, dəyişikliyə əsasən, dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin gündəlik norması Xəzər dənizində üzən gəmilərin üzücü heyəti üçün 25 manatadək, Xəzər dənizindən kənarda üzən gəmilərin üzücü heyəti üçün 25 ABŞ dollarınadək məbləğdə müəyyən edilib.

Bundan əvvəl dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin gündəlik norması Xəzər dənizində üzən gəmilərin üzücü heyəti üçün 15 manatadək, Xəzər dənizindən kənarda üzən gəmilərin üzücü heyəti üçün 15 ABŞ dollarınadək məbləğdə müəyyən edilmişdi.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...