Müğənni Nadir Qafarzadənin ailəsində ağır itki baş verib.
Sənətçinin bacısı Sərfinaz Müqbilova uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.
Bizim.Media-nın əməkdaşı ilə söhbətində N.Qafarzadə göz yaşlarına hakim ola bilməyib:
"Çox ağrılı bir itkidir. Hələ də özümə gələ bilməmişəm.
Danışa bilmirəm. Bacım gün görmədi, 58 yaşı vardı. Xəstəlikdən çox əziyyət çəkdi. Allaha hər gün yalvarırdı ki, onun canını alsın. Onun ömrü də buraya qədərdi", - deyə, Nadir bildirib.