Dünya miqyasında istifadəçi sayına görə ilk sırada olan mesajlaşma platforması “WhatsApp” növbəti yeniliyi istifadəçilərinin ixtiyarına verəcək.
Ednews "WABetaInfo" portalına istinadən xəbər verir ki, tərtibatçılar istifadəçilərin digər telefondan birdəfəlik baxmaq üçün nəzərdə tutulan foto və videolar çəkməyi mümkünsüz edən funksiya üzərində çalışır.
Belə ki, 1 dəfə görülə bilinən fotonu başqa cihazla çəkməyə cəhd etsəniz, bu zaman telefonun ekranında yalnız qara fon peyda olacaq.
Sözügedən funskiya tezliklə “Android” və “iOS” sistemlərində çalışan bütün mobil cihazlarda əlçatan olacaq.
Qeyd edək ki, daha öncə “WhatsApp” 1 dəfə görülə bilinən foto və videoların ekran görüntüsünü çəkməyi qadağan etmişdi.