Deputat Nigar Arpadarai Avropa Şurası Parlament Assambleyasında yeni vəzifəyə təyin olunub.
Ednews xəbər verir ki, o bu barədə "Facebook" səhifəsində paylaşım edib. Millət vəkili sevincini sosial şəbəkə istifadəçiləri ilə bölüşərək təşəkkürünü də diqqətə çatdırıb.
"Dostlar, xoş xəbəri bölüşmək istəyirəm. Bu gün, Avropa Şurası Parlament Assambleyasının, Ictimai sağlamlıq və davamlı inkişaf üzrə Alt Komitəsinin Sədri seçildim. Etimada görə Komitə üzvlərinə təşəkkürümü bildirirəm!"