Lerikdə qanunsuz ağac kəsimi ilə bağlı cinayət işi açıldı - ednews.net

1 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

Lerikdə qanunsuz ağac kəsimi ilə bağlı cinayət işi açıldı

Cəmiyyət A- A A+
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Lerik rayonu ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
 
Ednews  xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat Xidməti yayıb.
 
Araşdırmalarla Lerik rayonu, Hücü kəndi ərazisində vətəndaşlara ayrılmış kənd təsərrüfatı təyinatlı pay torpaqlarında meşə fonduna daxil olmayan torpaq sahəsində ümumilikdə 94 ədəd ağacın kəsilməsi faktları öz təsdiqini tapıb.
 
Ölkəmizin ekosisteminə ciddi xələl gətirmiş, müvafiq normativlərə əsasən 29 min manatdan çox ziyan dəyməsi ilə nəticələnmiş ağac kəsmə cinayətlərinin əlamələri olduğuna görə qeyd edilən faktlar üzrə Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...