Oktyabrın 17-də İslam İnkişaf Bankının törəmə qurumu olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (İTFC) nümayəndə heyəti ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) nümayəndələri arasında görüş keçirilib.
Ednews xəbər verir ki bu barədə məlumat ABA-dan bildirilib. Məlumata görə, iclasda missiyanın nümayəndə heyətinin sədri Hamady Soma Ba, Yans Baqa Adian (menecer, kredit və strukturlaşdırma departamenti), Daud Mohamed Osman (baş menecer, komplayns departamenti) və Hocamurod Hocayev(əlaqələr üzrə menecer, MDB), ABA tərəfdən isə, icraçı direktor Yunus Abdulov və ABA nəzdində fəaliyyət göstərən Ekspert Qruplarının (“Kredit işi”, “Komplayns”, “Ticarət və layihə maliyyələşdirilməsi”, “Xəzinədarlıq və Fondların İdarəedilməsi”, “Risk”) sədrləri və üzvləri iştirak ediblər.