Hər mahnısı hitə çevrilən "Mor ve ötesi" qrupu bu dəfə sevənləri ilə Bakıda bir araya gəlib.
Ednews xəbər verir ki, Türkiyənin məşhur qrupu 22 oktyabr Bakı Konqres Mərkəzində möhtəşəm konsert verib.
"Mor ve Ötesi"- nin əsası 1995-ci ildə qoyulub. Qrup 2008-ci ildə Türkiyəni Avroviziya Mahnı Müsabiqəsində "Deli" mahnısı ilə təmsil edib. Qrupun hazırkı üzvləri Harun Tekin, Kerem Kabadayı, Burak Güven və Kerem Özyeğendir.
"Sizi sevirik. Möhtəşəmsiz. Bakını çox sevirik və burda olmağımıza çox şadıq", söyləyən " Mor və Ötesi" pərəstişkarlarına unudulmaz gecə yaşadıb.
"Mor ve ötesi”nin solisti Harun Tekin səhnədə Xalq artisti Əzizə Mustafazadəyə olan heyranlıqlarından da söz açıb.
O, "Əzizə Mustafazadəni çox sevirik, uzun müddətdir ona heyranıq, təəsüflər olsun ki, 30 oktyabr onu bu səhnədə dinləmək imkanımız olmayacaq. Ona görə Əzizə Mustafazadəni indi burada anaq”,- deyə səhnədə danışıb.
Konsertdə qrup "Bir derdim var", "Cambaz", "Oyunbozan", " Yaz", " Deli", " Ölməz mələklər" kimi bir çox məşhur mahnılarını ifa ediblər.
Bununla yanaşı konsertdə yeni " Sirenler" albomumundan olan mahnılar da səsləndirilib.
Konsert proqramı tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.